Rahiblər məscidə hücum etdi
Bizi izləyin

Dünya

Rahiblər məscidə hücum etdi

Myanmada buddist rahiblər məscidə hücum ediblər. Publika.az-ın məlumatına görə, ölkənin ikinci ən böyük şəhəri Mandalayda baş verən zorakılıqlar zamanı azı 4 nəfərin xəsarət aldığı bildirilir.

Buddizm tərəfdarları məscidin pəncərələrini sınıdıb, axundu döyüblər. Zorakı fəallar, eyni zamanda, müsəlmanların mağazalarına basqın edib, ticarət mərkəzini yandırmağa çalışıblar. Lakin təhlükəsizlik qüvvələri bu cəhdin qarşısını alıb.

Dava-dalaşın düşməsinə səbəb isə, iddialara görə, kafe sahibinin buddist qadına qarşı cinsi zorakılıq törətməsi olub. Polis faktı təsdiqləməyib. Təhlükəsizlik qüvvələri 300-ə yaxın etirazçını dağıtmaq üçün rezin güllələrdən istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm