Kürd dövlətinin yaranması erməniləri ruhlandırıb - “Ərzurumu qaytarmalıyıq”
Bizi izləyin

Dünya

Kürd dövlətinin yaranması erməniləri ruhlandırıb - “Ərzurumu qaytarmalıyıq”

“Əgər Qərbi Ermənistan (ermənilər Türkiyədəki əraziləri belə adlandırır – red.) ərazisində kürd dövləti yaranacaqsa, biz dünyanın yadına Sevr müqaviləsini salmalıyıq”.

Publika.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, kürd dövləti tez-gec yaranacaq, ermənilər bundan istifadə edib dünyaya Sevr müqaviləsini xatırlatmalıdır: “1920-ci il noyabrın 22-də bağlanmış Serv müqaviləsinə əsasən, Ərzurum vilayətinin hamısı, Van və Bitlis ərazisinin ikidə biri, Trapezund limanı Ermənistanın tərkibinə qatılmalıdır. Belə olduqda, ölkənin ərazisi 160 min kvadratmetrə çatacaq, həm də Qara dənizə çıxış əldə olunacaq”.

Safrastyan bu səbəbdən müstəqil kürd dövlətinin yaranmasını alqışladığını deyib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm