Terrorçular Rusiya ilə “müqavilə” bağlayıb - İddia
Bizi izləyin

Dünya

Terrorçular Rusiya ilə “müqavilə” bağlayıb - İddia

Rusiyadan olan muzdlular Donetsk vilayətinin Slavyansk rayonunda “müqavilə üzrə” 1 sentyabr tarixinə qədər vuruşacaqlar.

Publika.az-ın TSN kanalının saytına istinadən verdiyi məlumata görə, bu barədə yerli nəşrlərdən biri bildirib.

Slavyanskda hazırda “müqavilə üzrə” 3-5 min terrorçunun döyüşdüyü xəbər verilir. Yerli nəşrin yazdığına görə, onlar Rusiya vətəndaşları, həmçinin Krım, Şimali Qafqaz və Donetsk vilayətinin sakinləridir.

Terrorçular bir aylıq 2 min qrivna (təxminən 250 dollar) vəd edərək yerli sakinləri sıralarına cəlb etməyə çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm