Azanı vaxtından tez oxuyan müfti camaatın orucunu pozdu
Bizi izləyin

Dünya

Azanı vaxtından tez oxuyan müfti camaatın orucunu pozdu

Türkiyənin Bursa şəhərində məscidlərdən birində axşam namazının azanını vaxtından əvvəl oxuması oruc tutanlarının əksəriyyətinin orucunu erkən açmasına səbəb olub.


ANS PRESS-in məlumatına görə, şəhərin Mudanya qəsəbəsinin müftisi axşam namazının azanını 20:47-də oxumaq əvəzinə, 20:42-də oxuyub. Nəticədə bir çox insan orucunu vaxtından əvvəl açıb.


“Məscidin saatında problem yarandığına görə, axşam namazının azanını tez oxudum. Əksəriyyətinin orucu pozuldu. Təəssüf edirəm. Geri dönüş yoxdur. Orucu pozulanlar 1 gün qəza orucu tuta bilər”, deyə müfti bildirib.


Müfti azanı 5 dəqiqə tez oxuduğuna və oruc tutanların orucunun pozulmasına görə, hamıdan üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm