Dünya
“Moskva-Bakı danışıqlarında açar rolunu Ankara oynayır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloq Akop Badalyan çıxış edib. O, Qərbin bütün vasitələrlə Qarabağın Rusiya tərəfindən həll edilməsi məsələsinə mane olacağını bildirib:
“Moskva Azərbaycana 2-3 rayon verməklə öz qoşunlarını Qarabağda yerləşdirməyə çalışır. Avrasiya İttifaqı Moskvanın Bakı ilə danışıqlar apardığı meydanlardan biridir. Amma açar rolunu burada Türkiyə oynayır. Görünür, ümumiyyətlə, Qərb bu danışıqlardan təşvişə düşüb və bütün vasitələrlə ona mane olmağa çalışır. Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təklif etməsi də Rusiyanın ürəyincə deyil. Qərb yaxın müddətdə Rusiyanın planlarına mane olmağa çalışacaq. Fransa və ABŞ Moskvanın Qarabağ planına, eləcə də Ermənistanın Avrasiya İttifaqının üzvü olmasına maneçilik törədəcək”.
Xatırladaq ki, hazırda erməni politoloqlarının əsas müzakirə mövzusu Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması ilə bağlı Bakı-Moskva arasında danışıqların getməsi barədə xəbərlərdir. Ermənistan ictimaiyyətinin ümumi qənaəti budur ki, Moskva 3 və yaxud 5 rayonun Azərbaycana qaytarılması əvəzində rəsmi Bakını Avrasiya İttifaqına üzv etməyə çalışır.
Azərbaycan tərəfi rəsmi olaraq bu xəbərlərə heç bir reaksiya verməyib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ