Moskva Ukrayna müharibəsinə KTMT-ni hazırlayır
Bizi izləyin

Dünya

Moskva Ukrayna müharibəsinə KTMT-ni hazırlayır

Rusiya prezidenti Vladimir Putin Mərkəzi hərbi dairə və hava-desant qoşunlarının qəfil keçirilən təliminin nəticələrini yüksək qiymətləndirib.

Publika.az-ın “Nezavisimaya gazeta” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentə məlumat verən müdafiə naziri Sergey Şoyqu bildirib.

S.Şoyqunun sözlərinə görə, təlimlər müxtəlif ssenarilərlə, o cümlədən koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra yaranacaq vəziyyətlə bağlı olub. S.Şoyqu təlimlərə 98-ci hava-desant diviziyası və 31-ci desant-hücum briqadasının cəlb edilməsində qeyri-adi heç nə olmadığını bildirib.

“Nezavisimaya gazeta”nın siyasi şərhçisi Vladimir Muxin bu birləşmələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Müdaxilə Qüvvələrinin tərkibinə daxil olduğunu xatırladıb. Bu qüvvələr tamamilə əks-hücum və sülh proqramları üzrə komplektləşdirilib. Onun sözlərinə görə, “Mavi dəbilqəlilər”in yalnız Mərkəzi Asiyada tələb edilməyə bilər: “Rusiya Federasiyasının diplomatik korpusu qarşısında çıxışı zamanı Vladimir Putin bildirdi ki, ölkəmiz rusların hüquqlarını bundan sonra da bütün vasitələrlə müdafiə edəcək. Kiyevdə və Qərbdə isə hesab edirlər ki, Putin bu bəyanatla rusdilli əhalinin müdafiəsi üçün cənubi-şərqi Ukraynada hərbi qüvvələrdən istifadə edə biləcəyini bildirir. Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy da qeyd edib ki, Rusiya ordusu istənilən vaxt Ukraynaya girə bilər. Əlbəttə, bacarar. Amma bu ona lazımdırmı?”

V.Muxinin sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində Kiyevin tətbiq etdiyi güc ssenarisi Moskvanı xüsusi plan hazırlamağa məcbur edir: “Sual oluna bilər ki, Ukraynadakı hərbi münaqişənin beynəlmiləlləşdirməsi Moskvaya üçün nə dərəcədə əlverişlidir? Əgər mümkün sülh əməliyyatı BMT-nin bayrağı altında həyata keçirilərsə və burada neytral ölkələr iştirak edərsə, o halda çətin ki, bu Rusiyanın geosiyasi maraqlarını təhlükə altında qoyacaq. Əgər NATO ölkələri münaqişəyə Yuqoslaviya, Liviya və başqa əməliyyatlarda olduğu kimi müdaxilə edərsə, ehtimal ki, Moskva sərt reaksiya verəcək. Bu halda desantçıların mobil qruplaşmalarını döyüş hazırlığı vəziyyətində saxlamaq lazımdır. Onlar üç gün ərzində Ukraynanın istənilən rayonuna atıla bilərlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm