Dörd yaşayış məntəqəsi terrorçulardan təmizləndi
Bizi izləyin

Dünya

Dörd yaşayış məntəqəsi terrorçulardan təmizləndi

Ukrayna antiterror gücləri Donetsk vilayətində dörd yaşayış məntəqəsini terrorçulardan azad edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bildirib.

Azad edilən yaşayış məntəqələri Zakotnoe, Rayqorodok, Reznikova və Rayaleksabdrovkadır. A.Lısenko həmçinin Ukrayna hərbçilərinin tezliklə Nikolayevka yaşayış məntəqəsini nəzarəti altına alacağını deyib. Onun sözlərinə görə, Nikolayevkanin ələ keçirilməsi terrorçuları maddi-texniki vasitələr və silah yardımından məhrum edəcək.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin nümayəndəsi əlavə edib ki, antiterror gücləri terrorçulara məxsus və içi silahla dolu olan “Kamaz” yük avtomobilini ələ keçirib. O, avtomobildən 120 millimetrlik minaların olduğu 33 yeşik, Rusiya istehsalı 4 minaatan, RPO, AQS-17, PTUR və PZRK daşına bilən zenith-raket kompleksi və onlarla avtomatın götürüldüyünü vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm