Məsciddə yaşayan gənc mollanın meyiti tapıldı - FOTO
Bizi izləyin

Dünya

Məsciddə yaşayan gənc mollanın meyiti tapıldı - FOTO

Türkiyədə məscid imamının meyiti tapılıb.

Publika.az Habertürk-ə istinadən xəbər verir ki, Manisa vilayətinin Alaşehir qəsəbəsindəki məsciddə yaşayan həmin məscidin 23 yaşlı imamı Veli Keskinin meyiti tapılıb. Məscidə gələn dindarlar imamı çağırsalar da, cavab verən olmayıb. Daha sonra onun otağına daxil olan sakinlər gənc din adamının öldüyünü görüblər.

V.Keskinin hansı səbəbdən ölməsi hələlik bilinmir.

Sakinlər deyiblər ki, qəsəbə məscidinin imamı 4 gün əvvəl başqa yerə təyin edildiyini deyərək onlarla halallaşıbmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm