Baş nazirin həyat yoldaşı cəzalandırıldı - Dövlətin pulunu restoranlara...
Bizi izləyin

Dünya

Baş nazirin həyat yoldaşı cəzalandırıldı - Dövlətin pulunu restoranlara...

İsrail məhkəməsi ölkənin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu büdcə vəsaitlərini restoran yeməyinə qanunsuz xərclədiyinə görə cərimə edib.

Bu barədə "Kan" teleradio şirkəti verib.

Məlumata görə, bununla bağlı dörd illik təhqiqatlara son qoyulub. Məhkəmə S.Netanyahu və dövlət prokurorunun ofisi arasında sazişi təsdiqləyib. Sazişə əsasən büdcəyə 55 min şekele (təxminən 15 min dollar) qaytarılacaq.

Radiostansiyanın məlumatına görə, Sara Netanyahu saziş çərçivəsində özünü günahkar saymağa razılaşıb. Amma onun əleyhinə olan büdcə vəsaitələrinin bədxərcliyi və dələduzluq ittihamları ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm