İŞİD ən böyük neft yatağını tutdu
Bizi izləyin

Dünya

İŞİD ən böyük neft yatağını tutdu

İraq və Suriya İslam Dövləti yaraqlıları Suriyanın ən böyük neft yatağını tutub.

Bu yataq İraqla sərhəddədir.

Al-Omar adlı yatağın tutulmasını Britaniyada qərarlaşan Suriyada İnsan haqlarının Müşahidə qrupu adlı təşkilat xəbər verir.

Publika.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, İŞİD Al-Omar yatağını rəqib yaraqlı qrup bu ərazini tərk edəndən sonra tutub.

Əl-Qaida ilə əlaqəli Nusra cəbhəsi adlı təşkilat isə öz mövqelərini döyüşsüz verib.

İŞİD Suriyanın Deir el-Zour regionunda artıq bütün neft və qaz yataqlarına nəzarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm