Putin Sərkisyanla görüşü təxirə saldı
Bizi izləyin

Dünya

Putin Sərkisyanla görüşü təxirə saldı

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasında ertələnməsi siyasi səbəblərlə bağlı deyil.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Ovik Abramyan məlumat verib. Onun sözlərinə görə, razılaşmaya əsasən iyulun 3-də Sərkisyan və Putin arasında görüş olmalıydı: “Ancaq bu görüş baş tutmadı. İnanıram ki, ilin sonuna qədər problem həllini tapacaq”.

İyulun 11-də Soçidə Rusiya Baş naziri ilə görüşəcəyini nəzərə çatdıran Abramyan “bu işgüzar görüşdə” bir sıra məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb. Baş nazir həmçinin yaxın müddətdə Sərkisyanla Putinin görüşünün baş tutacağı barədə də məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm