İŞİD kürdləri böyük neft yatağından çıxardı
Bizi izləyin

Dünya

İŞİD kürdləri böyük neft yatağından çıxardı

Suriyanın şərqində - İraq sərhədində yerləşən zəngin neft yataqları “İraq Şam İslam Dövləti” (İŞİD) silahlı qrupların tərəfindən ələ keçirilib.

Mərkəzi İngiltərədə olan Suriya İnsan Haqları İzləmə Təşkilatından (SNHR) verilən açıqlamada bildirilir ki, İraq sərhədində yerləşən Deyruz-Zor məntəqəsinin şərqində müxalifətçi kürd yaraqlılarının əlində olan Əl-Öməri neft yataqları İŞİD yaraqlılarının əlinə keçib.

Əl-Ömərinin Suriyanın İraq sərhədindəki ən zəngin neft yatağı olduğu bildirilir. Kürdlərin daha çox yaşadığı Deyruz-Zor bölgəsi zaman-zaman müxtəlif müxalifətçi qruplaşmaların əlində olub. Son dövrdə bunların arasında PKK-ya bağlı kürd qrupları daha fəal idi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm