Öncə Putin, sonra Tramp - Dəqiq vaxt bəlli oldu
Bizi izləyin

Dünya

Öncə Putin, sonra Tramp - Dəqiq vaxt bəlli oldu

Dünyanın maraqla gözlədiyi görüşün dəqiq tarixi bəlli olub.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Yaponiyanın Osaka şəhərində görüşəcək.

Liderlər 29 iyunda bir araya gələcək.

Bundan bir neçə saat öncə isə Ərdoğan-Putin görüşü baş tutacaq.

Qeyd edək ki, Yaponiyanın Osaka şəhəri 14-cü G-20 liderlər zirvəsinə ev sahibliyi edəcək. Dünya iqtisadiyyatının 80, dünya ticarətinin 75 faizini, dünya əhalisinin üçdən ikisini əhatə edən G20-nin inkişaf etmiş və etməkdə olan ölkələrinin liderləri Osaka Zirvəsində qlobal ticarətdə müdafiənin artması, məşğulluq, qlobal məlumatların idarə edilməsi, inkişaf üçün infrastruktur, qlobal səhiyyə, iqlim dəyişikliyi, əhalinin yaşlanması, qlobal iqtisadi balansın pozulması, rəqəmsal iqtisadiyyatın vergiləndirilməsi, ticarət və geosiyasi gərginliklər gündəmə gətiriləcək. Dünya liderləri qlobal ticarət ixtilaflarını həll etməyə çalışacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm