Ermənistanla Rusiya arasında ŞOK RAZILAŞMA: yeni silahlar...
Bizi izləyin

Dünya

Ermənistanla Rusiya arasında ŞOK RAZILAŞMA: yeni silahlar...

Ermənistan və Rusiya yeni silah tədarükü haqqında saziş bağlayıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistan və Rusiya Müdafiə Sənayesi şirkətləri "Ordu - 2019" Beynəlxalq Hərbi-Texniki Forumunda hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalayıb.

Bundan başqa, hərbi ləvazimatların tədarükü üçün daha bir neçə razılaşmanın əldə olunması planlaşdırılıb.

Ermənistanın müdafiə sənayesi naziri Avetik Kerobyan "Zvezda" telekanalına açıqlamasında bildirib ki, ölkələr arasında texniki əməkdaşlıq çox dinamik şəkildə inkişaf edir: “Biz Rusiya ilə hərbi məhsulların tədarükü üçün yeni müqavilələr imzalamışıq və imzalayırıq. Ermənistan və Rusiya müəssisələri arasındakı əlaqələrdə inkişaf var və bu istiqamətdə müəyyən addımlar atılır".

Qeyd edək ki, forum 25-30 iyun tarixləri arasında baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm