Tramp Putinlə zarafatlaşdı: "Müdaxilə etmə” - VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Tramp Putinlə zarafatlaşdı: "Müdaxilə etmə” - VİDEO (YENİLƏNDİ)

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə zarafat edib.

Publika.az xəbər verir ki, Yaponiyada keçirilən G20 sammiti çərçivəsində təkbətək görüşən liderlər daha sonra media nümayəndələrinin suallarını cavablandırıb. Jurnalistlərdən biri Trampa “Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsini gündəmə gətirəcəksinizmi” sualını ünvanlayıb. Tramp isə “bəli, əlbəttə” cavabını verib, daha sonra Putinə sarı çevrilərək “seçkilərimizə müdaxilə etmə” deyib.

***

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Liderlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

***

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilir.

Publika.az xəbər verir ki, Yaponiyanın Osaka şəhərində “G-20” zirvə toplantısı çərçivəsində bir araya gələn liderlər regional və qlobal məsələlərlə bağlı müzakirələr aparacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm