Nikolayevkada separatçılar darmadağın edildi – 150 ölü
Bizi izləyin

Dünya

Nikolayevkada separatçılar darmadağın edildi – 150 ölü

Bir neçə dəqiqə bundan öncə daxil olan xəbərlərdə Ukrayna milli ordusunun qüvvələri tərəfindən Nikolayevkanın tam mühasirəyə alındığı bildirilib.

Axar.az xəbər verir ki, məlumatı "İnformasiya müqaviməti" qrupunun rəhbəri Dmitri Timçuk yayıb. Onun sözlərinə görə, Donbas vilayətinin Nikolayevka yaşayış məntəqəsində terrorçuların 5 müdafiə məntəqəsi darmadağın edilib, böyük silah-sursatı anbarı ələ keçirirlib. Bundan başqa, Xarkov-Rosto magistralı da ələ keçirilib.

Timçuk döyüşlərdə 150 separatçının məhv edildiyini yazıb. Milli ordu isə 2 əsgərini itirib, 4 əsgər isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm