Dünya
Poroşenko geriyə çəkildi
Ukrayna prezidenti Petra Poroşenko hər iki
tərəfin əməl etdiyi təqdirdə atəşkəsə hazır olduğunu bilfirib.
Publika.az-ın məlumatına görə, prezidentin mətbuat xidmətinin
yaydığı xəbərdə bildirilir ki, o bu barədə ABŞ vitse-prezidenti Co
Bayden ilə telefon danışığı zamanı deyib. Dövlət başçısı Ukrayna,
Almaniya, Fransa və Rusiya xarici işlər nazirlərinin Berlində
görüşlərinin nəticəsi barədə məlumat verərək, əldə olunan
razılaşmalara uyğun olaraq növbəti addımların atılması lazım
olduğunu bildirdi. Poroşenko ikitərəfli formatda riayət oluncağı,
eləcə də girovların azad olunacağı və ATƏT-in monitorinqinin
sərhəddə nəzarətinin bərpası şərtilə atəşin dayandırılmasına razı
olduğunu bildirib. Prezident hər hansı bir əlavə şərt olmadan
siyasi danışıqlara başlamağa hazır olduğunu
vurğulayıb.
Bayden Ukraynanın bu çətin günündə prezidentin
atəşkəsə yanaşmasını ABŞ-ın də dəstəklədiyini və ölkədə sülhün
bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəklərini bildirdi.
Buna cavab olaraq Poroşenko ABŞ xalqına minnətdarlığını bildirdi və
Baydeni ölkəsinin 4 iyul müstəqillik günü münasibətilə təbrik etdi.
"Bu gün Ukrayna da öz müstəqilliyi uğrunda mübarizə aparır və bunun
qiymətini bilir",- deyə Poroşenko əlavə etdi.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”