Bundan sonra... - Bütün dünya bu görüşün nəticəsini gözləyirdi, Tramp AÇIQLADI
Bizi izləyin

Dünya

Bundan sonra... - Bütün dünya bu görüşün nəticəsini gözləyirdi, Tramp AÇIQLADI

ABŞ prezidenti Donald Tramp Çin dövlət başçısı Si Çinpin ilə Yaponiyanın Osaka şəhərində keçirilən G20 Liderlər Zirvəsi çərçivəsində görüşüb.

Publika.az xəbər verir ki, Tramp çinli həmkarından ağızdolusu təriflə danışıb.

Bildirib ki, Çinpin ilə arasındakı münasibətlər çox yaxşıdır və 2017-ci ildə Çinə gerçəkləşdirdiyi səfər həyatının ən unudulmaz səyahətlərindən biri olub.

“Əgər ədalətli ticarət razılaşması əldə edə bilsək, tarixi iş olar. Buna tamamilə hazırıq və siz də buna tamamilə hazırsınız. ABŞ-Çin əməkdaşlığı ayrılıqdan yaxşıdır. Dialoq ziddiyyətdən yaxşıdır. Əslində, razılaşmaya çox yaxın idik. Lakin nəsə baş verdi və o proses qırıldı. İndi yenə yaxınlaşırıq”, – Tramp görüşdən sonra deyib.

Çin prezidenti isə ABŞ-Çin arasında tarixi münasibətlərin keçid dövrlərindən və iki dövlət arasındakı əməkdaşlığın daha da dərinləşməsinə ümid etdiyindən danışıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm