Küçədə qadınlara nalayiq hərəkət edən 600 nəfər cərimələndi
Bizi izləyin

Dünya

Küçədə qadınlara nalayiq hərəkət edən 600 nəfər cərimələndi

"Son bir ildə Fransada küçədə qadınlara qarşı qısnama hallarına görə 600 nəfər cərimə olunub".

"Report" xəbər verir ki, bunu Fransanın qadınlarla kişilər arasında bərabərlik üzrə dövlət katibi Marlen Şyappa jurnalistlərə bildirib.

"2018-ci ilin avqust ayında qanunun qüvvəyə minməsindən bu günədək küçədə qadınlara sataşan 600 nəfər cərimələnib. Fransa bunu edən ilk ölkədir. Cərimələrin sayı göstərir ki, bu yeni qanun uğurla tətbiq olunur, effektlidir və müsbət nəticələr verəcək", - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, küçədə qadınlara qarşı qısnama hallarına görə cərimə 90 avrodan başlayır və 750 avroya çata bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm