Oruc qadağan edildi: müsəlmanlar şokda
Bizi izləyin

Dünya

Oruc qadağan edildi: müsəlmanlar şokda

Uyğurlara oruc qadağan edildi

Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğurlara oruc tutmaq yasaqlanıb.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, Çin hökuməti Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğur dövlət məmurları, şagird və tələbələrə oruc tutmağı qadağan edib. Agentliyin verdiyi xəbərdə həmçinin Sincan vilayətinin bəzi təhsil müəssisələrində müəllimlərin şagirdlərə dini təbliğ etməmələri və onları ibadətə məcbur etməmələrinin vacib olduğu bildirilib.

Vilayətdə Çin Kommunist Partiyasının üzvlərinə də oruc tutmaq qadağan edilib.

Xatırladaq ki, Sincan Uyğur Muxtar Vilayətinin 45 faizi uyğurlardan ibarətdir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm