Kreml: “ABŞ Rusiyanı yeni hücum silahı ilə vurmağa hazırlaşır”
Bizi izləyin

Dünya

Kreml: “ABŞ Rusiyanı yeni hücum silahı ilə vurmağa hazırlaşır”

Rusiyaya qarşı ABŞ-ın iqtisadi sanksiyaları hücum silahının yeni formasıdır.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Hücum silahına qarşı müdafiə vasitələri tapılmalıdır. Bununla məşğul olacağıq”, - rusiyalı diplomat bildirib. O, Rusiyanın ABŞ-la əməkdaşlığı dayandırmağa hazırlaşmadığını dilə gətirib.

S.Ryabkov inandırıb ki, Moskva ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanmış hücum silahlarının ixtisarı haqqında müqaviləyə ciddi riayət edir. Nüvə silahlarının azaldılmasına gəlincə, o, “Nüvə silahının yayılmaması haqqında” müqavilə çərçivəsində də məsuliyyətlə hərəkət etdiklərini söyləyib.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ maliyyə naziri Ceykob Lyunun fikrincə, bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm