Ərdoğanın terror aktı adlandırdığı hadisədə 16 nəfər həbs olundu: 3 suriyalının...
Bizi izləyin

Dünya

Ərdoğanın terror aktı adlandırdığı hadisədə 16 nəfər həbs olundu: 3 suriyalının...

Bir neçə gün öncə Türkiyənin Hatay vilayətinin Reyhanlı ilçəsində avtomobilin partladılması ilə bağlı 16 nəfər saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı avtomobildə olan 3 suriyalının bütün əlaqələrini araşdıran polis bəzi şəxslərdən şübhələnib.

Dərhal həmin şəxslər haqqında həbs qətimkan tədbiri seçilib. Şübhəlilər sorğuya çəkilmək üçün polis bölməsinə aparılıb.

Qeyd edək ki, ilçənin mərkəzində avtomobilə yüklənmiş bomba partladılmışdı. Nəticədə avtomobildə olan 3 suriyalı həlak olmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni terror aktı adlandırmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm