Dünya
1,3 milyardlıq kokain saxlanıldı
ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Agentliyi Filadelfiya limanında “JP Morgan” şirkətinə məxsus gəmidən dəyəri 1,3 milyard dollar olan 20 ton qaçaq kokain aşkar edib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.
Prokuror Uilyam Mak Sveyn məsələ ilə bağlı bildirib ki, 90 milyon dollar qiyməti, 10 min konteynerlik tutumu olan gəmi müsadirə ediləcək. O deyib ki, belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir. Çilidən yola düşən gəmi Peru, Panama, Baham adalarından keçərək ABŞ-da yan alacaqmış. Oradan isə Avropaya doğru yola çıxacaqmış. Liberiya bayrağı altında üzən gəminin Serbiya və Samoa vətəndaşlarından ibarət 8 nəfərlik heyəti həbs edilib. Gəmi kapitanının köməkçisi və heyətin bir üzvü gəmiyə kokain gətirməkdə ittiham olunur.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü