Yenə bir "Boeing" təyyarəsi qəzaya uğradı: 284 nəfər...
Bizi izləyin

Dünya

Yenə bir "Boeing" təyyarəsi qəzaya uğradı: 284 nəfər...

Kanadanın Vankover şəhərindən Avstraliyanın Sidney şəhərinə uçan “Boeing 777-200" tipli "Air Canada" təyyarəsi Havayın Sakir Okean bölgəsində turbulent zonaya daxil olub.

Publika.az xəbər verir ki, nəticədə 284 nəfərlik heyətdən 9-u ağır olmaqla, 37 nəfər xəsarət alıb.

Təyyarə təcili şəkildə Havayın paytaxtı Honoluludakı “Daniel K Inouye” beynəlxalq hava limanına eniş edib.

Kanada Hava Yolları hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün tədbirlər görülür. Təyyarənin uçuşu günorta saatlarına planlaşdırılır.

Qeyd edək ki, bir neçə ay öncə Efiopiyada "Boeing" şirkətinə məxsus təyyarə qəzaya uğramış, nəticədə 350 nəfərə yaxın insan həlak olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm