Kiyev ölkənin şərqini boşaldır
Bizi izləyin

Dünya

Kiyev ölkənin şərqini boşaldır

Ukrayna hakimiyyəti 7 iyul tarixində antiterror əməliyyatları zonasından dinc əhalinin təxliyyəsi planını elan edəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə regional inkişaf və tikinti naziri Vladimir Qroysman bildirib.

Nazirin sözlərinə görə, təxliyyə planının icrası üçün könüllülər, beynəlxalq strukturlar və Ukraynanın qeyri-kommersiya ictimai təşkilatları cəlb ediləcək.

Bundan əvvəl isə daxili işlər naziri Arsen Avakov təxliyyə planının 3-4 iyul tarixlərində hazır olacağını bildirmişdi. Humanitar dəhliz Kramatorsk-Barvenkovo istiqamətində yerləşdiriləcək. Prezident Pyotr Poroşenko humanitar dəhlizin yaradılması barədə hökumətə 10 iyunda tapşırıq vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm