Ərdoğan Türkiyə-Ermənistan sərhədləri barədə təlimat verdi
Bizi izləyin

Dünya

Ərdoğan Türkiyə-Ermənistan sərhədləri barədə təlimat verdi

Ermənistan ilə əlaqələrin normallaşdırılması üçün ilk addımı 1915-ci il hadisələrində ölən ermənilərin nəvələrinə başsağlığı ilə atan Rəcəb Tayyib Ərdoğan ikinci addımı atmağa hazırlaşır.

Publika.az-ın “Taraf” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir sentyabrda “Alican” sərhəd qapısının açılması üçün təlimat verib.

“Alican” sərhəd qapısı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına cavab olaraq 1993-cü ildə bağlanıb. Sərhəd qapısının açılması üçün hazırlıq işləri iki il əvvəl başlayıb. Məlumata görə, “Alican” sərhəd qapısına qədər olan 7 kilometr yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Həmçinin gömrük cihazlarının quraşdırılması işinin tamamlanmaq üzrə olduğu deyilir.

“Alican” sərhəd qapısının açılması tələbini ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2009-cu ildə Ankara səfərində dilə gətirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm