Gürcüstan üçün böyük itki: Rusların 80 faizi...
Bizi izləyin

Dünya

Gürcüstan üçün böyük itki: Rusların 80 faizi...

Tiflisdə Rusiya əleyhinə kütləvi aksiyaların təşkili və Rusiya dövlətinin başçısının ünvanına səslənən təhqiramiz ifadələr Rusiya-Gürcüstan münasibətlərini daha da gərginləşdirib.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Acarıstan Muxtar Respublikasının Turizm və Kurortlar Departamentinin sədr müavini Tamuna Kaikatsişvili söyləyib.

Onun sözlərinə görə, nəticədə Rusiya Gürcüstan ilə birbaşa aviareysləri dayandırıb, Rusiyanın turizm şirkətləri Gürcüstana turist sifarişlərini qəbul etmir. Bu isə Gürcüstanın, eləcə də Acarıstan Muxtar Respublikasının turizm sektoruna böyük zərbədir.

T.Kaikatsvişvili deyib ki, departament Acarıstanın 298 turizm və kurort şirkəti ilə əlaqə saxlayıb. Onlardan 105-dən alınan məlumata görə, Acarıstan üzrə əvvəlcədən bron edilmiş yerlərin 30-35 faizi Rusiyadan olan turistlərin payına düşür. Bu 30-35 faiz bronun da 80 faizi ləğv edilib.

Onun sözlərinə görə, bununla belə, 2018-ci illə müqayisədə Acarıstana səfər edənlərin ümumi sayında artım müşahidə olunub.

Cari ilin birinci yarısında Acarıstana gələn xaricilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm