Pakistanda yol qəzasında 10 nəfər həlak oldu
Bizi izləyin

Dünya

Pakistanda yol qəzasında 10 nəfər həlak oldu

Pakistanın cənubunda baş verən yol qəzasında on nəfər həlak olub, 24 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Samaa" telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə Şaxpur-Çakar şəhəri yaxınlığında Sanqxar diyarında baş verib.

Yüksək sürətlə gedən avtobus arabaya çırpılıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm