“Hücum hər zaman mümkündür” – Kiyevdən SOS
Bizi izləyin

Dünya

“Hücum hər zaman mümkündür” – Kiyevdən SOS

“Bu hücumun nə vaxt olacağını demək çətindir. Amma belə bir variant mümkündür. Rusiya Federasiyası tərəfindən təcavüzkar siyasət dayanmır”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy brinfinqdə deyib.

O, eyni zamanda, bildirib ki, Ukraynaya müdaxilə hazırlığı barədə informasiyalar qəsdən dövriyyəyə buraxılması istisna edilmir. A.Parubiy Rusiyanın Ukraynanı qorxutmaq istədiyini bildirib.

“Həqiqətdən də, Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsi müşahidə olunmur. Əksinə, Rusiya hərbçiləri sərhəddə döyüş hazırlığı vəziyyətindədirlər. Ukrayna sərhədlərində Rusiyanın 40 min hərbçisi var. Rusiyanın silahlı qüvvələrinin əhəmiyyətli qruplaşması Krımdadır və güclənməkdə davam edir”, - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm