Ruhanidən ŞOK ETİRAF: "Vəziyyətimiz ağırdır"
Bizi izləyin

Dünya

Ruhanidən ŞOK ETİRAF: "Vəziyyətimiz ağırdır"

“Hazırda mövcud şərtlər İran-İraq müharibəsi dövründən daha ağırdır”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

İranın mövcud iqtisadi vəziyyətilə bağlı danışan prezident bildirib ki, ABŞ sanksiyaları dayandırıb müzakirə masasına keçsə, İran da buna qarşılıq verəcək: “Bəzən düşmənin doğru yola gəlməsi üçün yumşaq danışırıq, amma effekti olmasa, sərt şəkildə danışmaq lazımdır. Nüvə razılaşması ilə zənginləşdirilmiş uranı qanuni etmək istəyirik. Bəziləri razılaşmanın ABŞ-ın maraqlarına uyğun olduğunu deyirdi. Əgər belə idisə, niyə ABŞ razılaşmadan çıxdı və “bu, bizim üçün tarixin ən pis müqaviləsi idi. İran bu razılaşmada hər şeyimizi əlimizdən aldı” açıqlamasını verdi?”

Bütün bunlara baxmayaraq, Ruhani nüvə sazişini böyük tarixi uğur adlandırıb.

İran prezidenti qeyd edib ki, İranın çətin vəziyyətində bəzi iş adamları fırıldaqçılıqla məşğul olub: “Sanksiyaların başladığı ilk aylarda bəzi iş adamlarımız əsas qida məhsullarını gətirmək üçün hökumətdən aşağı dəyərlə dollar aldı. Amma istənilən məhsullar gəlmədi. Üstəlik, dolları baha qiymətə satdılar. Düşmənlərimiz də onlara yardım etdi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm