100 illik bina çökdü - Ölü və yaralılar var
Bizi izləyin

Dünya

100 illik bina çökdü - Ölü və yaralılar var

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda çökən dördmərtəbəli binanın dağıntıları altından 14 nəfərin cəsədi çıxarılıb.

Publika.az xəbər verir ki, ötən gün baş verən hadisədən 9 nəfər yaralı şəkildə xilas ola bilib.

Yanğınsöndürmə və Fövqəladə Hallara Müdaxilə Qüvvələri binanın dağıntıları altında 20-ə yaxın insanın qaldığını ehtimal edir.

Binanın ən az 100 yaşı olduğu deyilir.

Dünyanın ən çox insan yaşayan şəhərlərindən olan Mumbayda binaların təhlükəsizliyi ən əsas problemlərdən biridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm