ABŞ onu tapana 10 milyon dollar verəcək - FOTO
Bizi izləyin

Dünya

ABŞ onu tapana 10 milyon dollar verəcək - FOTO

ABŞ-ın başına 10 milyon dollar mükafat qoyduğu Ləşkəri Tayyibə Təşkilatının qurucusu və siyasi qanadı Camaatüd Davanın lideri Hafiz Məhəmməd Səid Pakistanda tutulub.

Publika.az xəbər verir ki, lider Lahordan Qucranvala gedərkən terrorla mübarizə komandası tərəfindən saxlanılıb.

O, terror təşkilatlarını dəstəkləmək, çirkli pulların yuyulması və terror təşkilatlarına maddi qaynaq toplamaqda ittiham olunur.

Səidin təşkilatı, xüsusilə, Hindistanda mülki əhaliyə qarşı törədilən terror aktları ilə məşhurlaşıb. Hindistan təşkilatın 2001-ci ildə parlamentə, 2006-cı il Mumbay qatarına və 2008-ci ildə Mumbay hücumlarının arxasında olduğunu iddia edir.

ABŞ da 2008-ci il hücumundan sonra Səidi axtarışda olan terrorçular siyahısına salmış və başına 10 milyon dollar mükafat qoymuşdu. O, müxtəlif zamanlarda Pakistanda saxlanılsa da 2001-ci ildə təşkilatdan ayrıldığını iddia edərək özünü müdafiə edib.

İnterpol Səid haqqında 2009-cu ildə qırmızı bülleten çıxarmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm