Türkiyə üçün daha bir DƏHŞƏTLİ XƏBƏRDARLIQ - Mütəxəssislər AÇIQLADI
Bizi izləyin

Dünya

Türkiyə üçün daha bir DƏHŞƏTLİ XƏBƏRDARLIQ - Mütəxəssislər AÇIQLADI

Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutu son 1500 ilin bilgilərinə əsasən İstanbul və çevrəsində tarix boyu baş verən əhəmiyyətli zəlzələləri analiz edib. Mütəxəssislərin analizə əsasən hazırladığı ssenariyə görə, İstanbulun cənubunda yerləşən Şimali Anadolu seysmik xəttində şərqdən qərbə doğru sıra ilə 7,5, 7,4 və 7,2 bal gücündə yeraltı təkanlar olacaq.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun müdiri Haluk Özənər zəlzələ ssenarisi ilə bağlı açıqlama verib. O bildirib ki, tarixi zəlzələlərin davam edəcəyi kimi bir düşüncə varsa, bu periodun dolması üçün daha minimum 2, maksimum 4 zəlzələyə ehtiyac var:

“Bu analizi edərəkən 1500 illik zəlzələ qeydlərini incələdik. Seysmik xəttin yerlərini təsbit etdik. Son illərdəki seysmik aktivliyi, GPS sürətlərini ölçdük. Şimali Anadlou Seysmik Xəttinin 2,5 sm civarında sürətlə cənub-qərb istiqamətində hərəkət etdiyini bilirik. Beləliklə, enerji yığılır. Şimali Anadolu Seysmik Xəttinin Mərmərə dənizi içində hələ ki qırılmamış olan qisminin nə qədər zəlzələyə səbəb ola biləcəyini detallı araşdırdıq. Biz zəlzələləri topladığımızda əslində 7 ədəd period əldə edirik. Bu periodlara düşən zəlzələlərə baxanda hər bir qrupda 4-6 ədəd zəlzələ olduğunu görürük. İçində olduğumuz periodda hələ ki, 2 ədəd zəlzələ var. Tarixi zəlzələlərin davam edəcəyi kimi bir düşüncə varsa, bu periodun dolması üçün daha minimum 2, maksimum 4 zəlzələyə ehtiyac var. Bu, hesablamalara görə, Mərmərə dənizi daxilində Şimali Anadolu Seysmik Xəttinin 3 fərqli seqmentinin olduğunu, bu seqmentlərin 7,2, 7,4 və 7,5 bal gücündə zəlzələ əmələ gətirə biləcəyini ortaya qoyuruq”.

Professor bildirib ki, hazırda 7 baldan güclü zəlzələ olsa, buna təəccüblənməmək lazımdır: “Əldə etdiyimiz bilgilərə görə, hazırda 7,2 bal gücündə zəlzələ olsa, bu sürpriz olmamalıdır. Çünki 7,2 bal gücündə zəlzələni əmələ gətirəcək enerji toplanıb. Dolayısı ilə bu, 1 ayda da ola bilər, 10 il də. Bu zəlzələdən ən çox 18 milyon əhalisi olan İstanbul təsirlənəcək. Zəlzələ öldürməz, amma hündür binalar ölümə səbəb olar. Buna görə də zəlzələyə davamlı binaların inşa olunması vacibdir”.

Haluk Özənər sunami təhlükəsi ilə bağlı bunları deyib: “Tarixi qeydlərdə Mərmərə dənizində sunaminin baş verməsinə rast gəlirik. Ciddi olmasa da, bir sunami təhlükəsi var. Araşdırma komandasının hesabatına görə, dalğalar 2-2,2 metrə qədər yüksələ bilər. Sunami olacaq. Amma zəlzələnin gətirdiyi fəlakətdən daha çox fəlakət gətirməyəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm