• USD 1,7000 0,00% EUR 1,8811 +0,47%
    • GBP 2,1227 +0,55% RUB 0,0264 -0,76%

SON DƏQİQƏ: havada gərginlik, sərhədi pozan rus təyyarəsinə ATƏŞ AÇILDI

  • Dünya
  • 23 İyul 2019 11:32
  • 5 416 Baxış
SON DƏQİQƏ: havada gərginlik, sərhədi pozan rus təyyarəsinə ATƏŞ AÇILDI

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarəsi ölkənin hava məkanına qanunsuz daxil olan Rusiya təyyarəsinə xəbərdarlıq atəşi açıb.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi informasiya yayıb.

Xəbərə görə, Cənubi Koreya Müdafiə Nazirliyi 3 rus təyyarəsinin Koreya Hava Müdafiəsi Təsbiti Bölgəsinə girdiyini açıqlayıb. Bu təyyarələrdən birinə xəbərdarlıq atəşi açılıb. Bundan başqa, Çinə aid iki təyyarə də Koreyanın hava məkanını pozub.

Açıqlamada Çin və Rusiya ilə bağlı rəsmi şikayət edəcəkləri vurğulanıb.

Təyyarələrin qəsdən Cənubi Koreya hava məkanına girib-girmədiyi müəyyən edilməyib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR