Trampın qərarı dolları bahalaşdırdı
Bizi izləyin

Dünya

Trampın qərarı dolları bahalaşdırdı

ABŞ prezidenti Donald Tramp Senatın Respublikaçılar Partiyasından olan üzvləri ilə S-400 Rusiya zenit-raket komplekslərinin alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə etmə toplantısı bazara təsirsiz ötüşməyib.

Publika.az xəbər verir ki, Türkiyədə dollar TL-yə nisbətən bahalaşıb.

Belə ki, toplantıdan sonra dollar 5,70 səviyyəsini keçib və 5,72-dən baha ticarət edilib. ABŞ milli valyutasının Türkiyədə bahalaşma səviyyəsinin bununla yekunlaşmayacağı təxmin edilir.

Qeyd edək ki, toplantıdan sonra F-35 döyüş təyyarələrinin əsas istehsalçısı olan “Lockheed Martin” 2020-ci ilinj martında Türkiyəni proqramdan çıxaracağını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm