Baş nazir qardaşına YÜKSƏK VƏZİFƏ VERDİ
Bizi izləyin

Dünya

Baş nazir qardaşına YÜKSƏK VƏZİFƏ VERDİ

Ötən gün İngiltərənin baş naziri seçilərn Boris Conson hökumətində qardaşına da vəzifə verib.

Publika.az xəbər verir ki, yeni baş nazir qardaşı Co Consonu nazir müavini təyin edib.

İqtisadiyyat, Energetika və Sənaye Strategiyası Nazirinin müavini olan və Təhsil Nazirliyində Universitetlər və Elm Bölməsinin rəhbəri vəzifəsini daşıyacaq Consona sadəcə ali səlahiyyətli nazirlərin yer aldığı Nazirlər Kabineti toplantısına qatılmaq hüququ da tanınıb.

Qeyd edək ki, Co Conson Tereza Meyin hökumətində Nəqliyyat Nazirliyində ali səlahiyyətləri daşıyırdı. O, daha sonra vəzifəsindən istefa vermişdi. Onun qardaşı ilə arasında Breksit prosesi ilə bağlı fikir ayrılığı var. Co Conson İngiltərənin Avropa İttfaqında qalmasının tərəfdarıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm