Türkiyə NATO-dan çıxarılsa... - Ankara AÇIQLADI
Bizi izləyin

Dünya

Türkiyə NATO-dan çıxarılsa... - Ankara AÇIQLADI

Rusiyanın Türkiyəyə göndərdiyi S-400 zenit raket komplekslərinin ilk tədarük mərhələsi bu gün başa çatıb.

Publika.az xəbər verir ki, tədarük prosesi çərçivəsində Ankaranın Mürtəd Hava Limanına 30 yük təyyarəsi enib.

Sistemlərin ikinci batareyası da Ankaraya gətiriləcək.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Fransanın təklif etdiyi “SAMP-T” batareyası Cənub-şərqi Anadolu bölgəsinə yerləşdiriləcək.

Açıqlamada həmçinin, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması iddialarına da cavab verilib. Bildirilib ki, bu qərar NATO-nun cənub qanadına zərbə vuracaq. Bundan əlavə, ABŞ-da F-35 təyyarələri ilə təlim keçən türk pilotlar və texniki işçilərin daxil olduğu 40 nəfər Türkiyəyə geri qayıtmağa hazırlaşır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm