Dünya
Baş nazir kürsüdən əl çəkmir
İraq Baş naziri Nuru əl-Maliki, qurulacaq yeni
hökumətdə baş nazir vəzifəsindən əsla çəkilməyəcəyini söyləyib. ANS
PRESS-in məlumatına görə, Maliki dövlət televiziyasında yayımlanan
çıxışında, "Terroristlər qarşısında döyüş meydanından çəkilməyim
dini, Vətən qarşısında və əxlaqi məsuliyyətimdən qaçmaq mənasını
verər. Bu səbəblə baş nazirlikdən əsla çəkilməyəcəm"
deyib.
"İraqın düşmənlərini məğlub edənə qədər silahlı
qüvvələrin və könüllülərin yanında döyüşməyə davam edəcəyini" ifadə
edən Maliki, Qanun Dövləti Koalisiyasının məclisdə ən çox kürsüyə
sahib blok olduğunu xatırladaraq, verilən səslərə vəfa borcunu
şübhəsiz ödəyəcəyini" söylədi.
Qeyd edək ki, Məclis sədri Usamə ən-Nuceyfi,
Malikinin, Məclis sədrliyinə namizədliyini qoymaması halında 3-cü
dövr baş nazir namizədi olmayacağı istiqamətindəki şərti üzərinə,
namizədlikdən çəkildiyini açıqlamışdı.
Xatırladaq ki, Son seçkilərdə, Malikinin lideri
olduğu Qanun Dövləti Koalisiyası 93, Muttehidun Bloku 23, Şiə
Koalisiyası 29 və Vətəniyyə Bloku 21 kürsü əldə etmişdi. Hökuməti
qurmaq üçün parlamentdə 165 kürsünün lazım olduğu İraqda, Yüksək
Seçki Komissiyasının açıqladığı nəticələrə görə, heç bir partiya
hökuməti tək başına qurmaq üçün səs sayı təmin edə
bilməmişdi.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO