Tarixdə BİR İLK: 100 dollarlıq əsginaslar...
Bizi izləyin

Dünya

Tarixdə BİR İLK: 100 dollarlıq əsginaslar...

ABŞ-ın ən yüksək dəyərə malik qiymətli kağızı 100 dollar dövriyyədə tarixində ilk dəfə 1 dolları keçib.

Publika.az xəbər verir ki, mütəxəssislər 100 dollarlıq qiymətli kağızın sayındakı artımın siyasi qeyri-sabitliklər olduğunu açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun (IMF) “Maliyyə və İnkişaf” dərgisində yayımlanan məqalədə 2008-ci il qlobal böhranından sonra 100 dolların sayının iki dəfə artdığı yazılıb.

Çikaqo Mərkəzi Bankının informasiyasına görə, 100 dollarların 80%-i, bütün qiymətli kağızların isə 60%-i ABŞ-dan kənardadır.

Qeyd edək ki, dünyanın 1990 və 2000-ci illərin əvvəllərində dollara tələbi artmış, 2002-ci ildə avronun yüksəlməsi ilə bu tələbat azalmışdı. 2008-ci böhranından sonra isə dollar yenidən məşhurlaşmağa başlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm