Yaponiya sərhədlərini pilotsuz helikopterlər qoruyacaq - FOTO
Bizi izləyin

Dünya

Yaponiya sərhədlərini pilotsuz helikopterlər qoruyacaq - FOTO

Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin keşikçi gəmilərində istifadə üçün pilotsuz helikopterlər almağı planlaşdırır.

“Yomiuri Shimbun” qəzeti xəbər verir ki, bu helikopterlərin 2023-cü ildə alınması nəzərdə tutulur.

Nazirlik hellikopterlərin hansı modelinin alınması barədə qərarı 2022-ci ildə qəbul edəcək. Prioritet variant kimi ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsalı olan “MQ-8С Fire Scout” uçan aparatı nəzərdən keçirilir. Uzunluğu 12,6 metr olan bu aparat 5 kilometr hündürlüyə qalxa və 15 saat havada qala bilir.

İlkin olaraq 3 aparatın alınması, sonrakı 10 ildə isə onların sayının 20-yə çatdırılması planlaşdırılır.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm