ABŞ-dan sürpriz F-35 cavabı: Türkiyənin yerinə keçmək istəyən...
Bizi izləyin

Dünya

ABŞ-dan sürpriz F-35 cavabı: Türkiyənin yerinə keçmək istəyən...

Yaponiya F-35 qırıcı təyyarələrin hazırlanması proqramına tərəfdaş kimi qoşulmaq istəyib.

Publika.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi tərəfindən ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lorda göndərilən məktubda, müdafiənın gücləndirilməsinin planlaşdırılması üzrə büronun baş direktoru Atsuo Suzuki Yaponiyanın F-35 proqramının üzvü olması üçün tələblər barədə məlumat istəyib.

“Defence News”a Pentaqon qaynaqlarından verilən məlumata görə, ABŞ bu təklifə yox deməyi fikirləşir.

Qaynaqlar yaponların layihəyə daxil edilməsinin siyasi sıxıntılar yaradacağını, bunun da digər istehsalçı ölkələrlə gərginliklərə yol aça biləcəyini və müştərilərin gələcəkdə layihə çərçivəsində daha böyük rol tələb etməsinə qapı açacağı qorxusunun olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ F-35 proqramının istehsalçı və alıcılarından biri olan Türkiyəni prosesdən kənarlaşdırmaq niyyətindədir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm