ABŞ Almaniyadan əsgər tələb etdi - Azərbaycanın qonşuluğunda gərginlik qalxır
Bizi izləyin

Dünya

ABŞ Almaniyadan əsgər tələb etdi - Azərbaycanın qonşuluğunda gərginlik qalxır

ABŞ Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün Almaniyadan rəsmi şəkildə canlı hərbi qüvvə tələb edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Almaniyadakı səfirliyi DPA rəsmi xəbər agentliyinə bildirib.

Səfirliyin nümayəndəsi İngiltərə və Fransa ilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə yardımçı olmaq və İranın hücumlarına qarşı mübarizə aparmaq üçün Almaniyaya rəsmi tələb göndərdiklərini deyib.

Almaniyanın müdafiə naziri Anneqret Kramp Karrenabauer göndərilən tələblərin dəyərləndirilməsinin vacib olduğunu və planlaşdırılan şeylərdən xəbərdar olduqlarını biləndən sonra qərar verəcəklərini qeyd edib.

Almaniya hökumətinin böyük qolu olan Xristian Demokrat Birlik Partiyası Hörmüz boğazında hərbi missiyanı müsbət qarşılayır. Lakin hökumətin digər qolu olan Sosial Demokratlar Partiyası gərginliyi artıracağı üçün bu missiyaya tərəddüdlə yanaşır.

Qeyd edək ki, İngiltərənin asılılığında olan Cəbəllütariq İranın neft tankerini saxlamış, İran da buna qarşılıq olaraq İngiltərənin neft tankerlərini girov götürmüşdü. Tərəflər bir-birini dəniz quldurluğunda ittiham edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm