Poroşenko Avropaya ilk buynuzunu göstərdi
Bizi izləyin

Dünya

Poroşenko Avropaya ilk buynuzunu göstərdi

İyulun 5-də Kiyevdə planlaşdırılan gey-parad ləğv edilib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, polis aksiya iştirakçılarının təhlükəsizliyinə zəmanət verməyib. Parad təşkilatçıları isə bunu diskriminasiya adlandırıb.

“Sərbəst toplaşmaq azadlığı hər kəs üçündür. 5 ay sonra hakimiyyət öz üzünü göstərdi. İndiki iqtidar sərbəst toplaşmaq azadlığı üzərindən hakimiyyətə gəlib”, deyə “Amnesty International”ın nümayəndəsi Con Dalhuzen (John Dalhuisen) bildirib.

Bundan əvvəl isə Kiyev meri Vitali Kliçko parada qarşı çıxmışdı. O, bunu hərbi əməliyyatların davam etməsi ilə əlaqələndirmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm