Ermənilərdən Türkiyə ilə Azərbaycana terror hədəsi
Bizi izləyin

Dünya

Ermənilərdən Türkiyə ilə Azərbaycana terror hədəsi

Ermənistan öz qonşuları Türkiyə və Azərbaycana qarşı "mina müharibəsi"nə başlamalıdır". ANS PRESS-in məlumatına görə, bu sözləri özlərini dünya ictimaiyyətinə əzilmiş, hüquqları tapdalanmış xalq kimi təqdim etməyə çalışan ermənilərin Vova Vardanyan adlı kəşfiyyatçısı deyib. Bu erməni kəşfiyyatçı Türkiyə və Azərbaycana qarşı mübarizə aparmaq üçün sərhəd zonasına minalar basdırılmasını təklif edib. "Türk çobanlar çox zaman heyvan sürülərini qaytarmaq üçün bizim ərazilərimizə keçir. Qoy onların heyvanları, çobanları minaya düşərək partlasınlar. Yalnız bu cür üsulla qonşularımızın aqressiyasının qarşısını ala bilərik".

Bundan sonra kəşfiyyatçı bir az da irəli gedərək Azərbaycana qarşı hücuma keçməyin vacibliyindən danışıb. O, bildirib ki, indi Naxçıvanla sərhəd zonası yeni gərginlik ocağına çevrilib. "Ermənistan müdafiə olunmaqdansa hücum mövqeyi tutmalıdır". İmkan düşən bütün beynəlxalq tribunalarda Azərbaycan və Türkiyənin ermənilərə qarşı dözümsüzlük nümayiş etdirdiyini iddia edən erməniləri elə öz kəşfiyyatçıları ifşa edib. O, Türkiyə və Azərbaycanı Ermənistanın əbədi düşməni elan edib. "Ankara ilə İrəvan, eləcə də Bakı ilə İrəvan arasında dostluq mümkün deyil. Türklər və azərbaycanlılar bizim daimi düşmənimizdir. Onlar daim aqressor olaraq qalacaqlar. Əgər biz passivlik nümayiş etdirsək sərhəd zonasında yaşayan əkinçilərimiz sahəyə əllərində silah, qarşı tərəfdən açılan atəşdən gizlənməklə çıxacaqlar".

Erməni kəşfiyyatçının bundan sonra dedikləri isə şok effekti doğurur. O, Ermənistanın böyük bir təxribatçı ordusunun formalaşdırılmalı olduğunu deyib. "Biz çalışmalıyıq ki, Türk ordusunu İstanbuladək dalana dirəyək". Bəli erməni kəşfiyyatçının bu sözləru yaralı çaqqalın hərəkətinə oxşayır. Bu vəhşi heyvan da həmişə yaralı olanda ətrafa daha çox ziyan vurmağa çalışır.

Ancaq xəbərdə digər bir məqam diqqəti cəlb edir. Hansısa Vova Vardanyan adlı erməni kəşfiyyatçı Ermənistan-Türkiyə sərhədlərinin açılması xəbərləri yayıldıqdan bir gün sonra mətbuat konfransı təşkil edərək iki qonşu ölkəyə qarşı açıq terror hədəsi ilə çıxış edir. Sözsüz ki, bu çıxışın sifarişçiləri Ermənistanın Türkiyə və Azərbaycana qarşı istənilən güzəştin əleyhdarlarıdır.

Erməni rəsmilərin bu terror hədələrinə nəcə reaksiya göstərəcəkləri maraq doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm