Ruslar Donetski tərk edir
Bizi izləyin

Dünya

Ruslar Donetski tərk edir

Ukraynanın Donetsk şəhərinə Slavyansk və Kramatorskdan gəlmiş Rusiya yönümlü seperatçıların bəziləri dövlət binalarına yerləşiblər, bəziləri isə artıq şəhəri tərk ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Donetsk şəhər şurasının mətbuat xidməti bildirib.

“Saat 16.30-da Donetskdə vəziyyət sabitləşib. Hava limanı rayonunda atışmalar dayanıb. Digər şəhərlərdən gələn silahlıların bir hissəsi əvvəldən tutulmuş binalara yerləşiblər, bir hissəsi isə şəhəri tərk edərək naməlum istiqamətə getdilər”, - deyə məlumatda bildirilir.

Şəhər şurası sakinləri “sakitliyi qorumağa və çaxnaşmaya düşməməyə” çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm