Atambayevin əmlakına həbs qoyuldu
Bizi izləyin

Dünya

Atambayevin əmlakına həbs qoyuldu

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.

Publika.az xəbər verir ki, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm