Seksual prokuror Çubarova qadağa qoydu (FOTO)
Bizi izləyin

Dünya

Seksual prokuror Çubarova qadağa qoydu (FOTO)

Krım Tatar Məclisinin başçısı Refat Çubarovun Rusiyaya girişi yasaqlanıb.

Publika.az-ın məlumatına görə, o, Ukraynanın Xerson vilayətindən geri dönərkən Krıma buraxılmayıb. Çubarovun Rusiyaya girişinə 5 il qadağan qoyulub.

Refat Çubarova bu barədə məlumatı şəxsən Krımın cazibədar prokuroru Natalya Poklonskaya bildirib. Krım Tatar Məclisinin başçısı tələb edib ki, qərar Krımın dövlət dillərindən biri olan krım-tatar dilində səslənsin. Amma Poklonskaya bunu etməkdən imtina edib.

Çubarovu 6 avtobus, beş həbsxana avtomobili, OMON və hərbçilər qarşılayıb. Məclisin başqa üzvləri isə Krıma buraxılıb.

Məclis üzvləri Xersonda Məclisin keçmiş sədri Mustafa Cəmilovla birlikdə iclas keçirməyə getmişdilər.



Refat Çubarov


Natalya Poklonskaya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm