İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi - 3 ölü
Bizi izləyin

Dünya

İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi - 3 ölü

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib.

Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb.

Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır.

İdarə rəsmisi bildirib ki, hadisədə 5 yanğınsöndürmə əməkdaşı da zəhərlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm