Slavyanskda döyüşlər yenidən başladı
Bizi izləyin

Dünya

Slavyanskda döyüşlər yenidən başladı

İqor Strelkovun başçılığı altında rus yaraqlıların tərk etdiyi Ukraynanın Slavyansk şəhərində yenidən atəş səsləri eşidilir.

Publika.az-ın məlumatına görə, bu barədə yerli əhali xəbər verib. Silah səsləri şəhərin Artyem və Selinka rayonlarında qeydə alınıb. "Severnıy" və "Selinnıy" rayonları isə artileriya atəşi ucbatından alovlara bürünüb.

Daha əvvəl yaraqlılar tərəfindən bildirilmişdi ki, Slavyanskda şəhəri müdafiə məqsədi ilə kiçik qarnizon saxlanılıb. Şahidlərin bildirdiyinə görə, hazırda Slavyanskda Ukrayna zirehli texnikaları yerləşdirilib. Şəhərin idarətmə binasında isə Ukrayna bayrağı dalğalanır.

Qeyd edək ki, şənbə günü səhər məlum olub ki, silahlı dəstələr mühasirəni yara bilib və şəhəri tərk ediblər. Daha sonra qondarma Donetsk Xalq respublikası hökuməti Kramatorskun itirildiyi xəbərini yayıb. Son məlumatlara görə, bu şəhər də Ukrayna silahlı qüvvələri tərəfindən tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm