Poroşenkodan atəş əmri
Bizi izləyin

Dünya

Poroşenkodan atəş əmri

Ukrayna prezidenti ölkənin şimalında keçirilən əməliyyatın davam etməsi barədə əmr verib.

Publika.az-ın məlumatına görə, bu barədə şənbə günü Ukrayna prezidenti Petro Poroşenko bildirib.

“Mən eyforiyadan çox kənardayam. Vəziyyət çox gərgindir. Terroristlər hazırda böyük şəhərlərdə məskən salıblar. Qabaqda heç də az olmayan sınaqlar var. Mənim əmrim - terroristləri mühasirəyə almaq, Donetsk və Luqansk bölgələrinin təmizlənməsini təmin etmək olub” - deyə Poroşenko dilə gətirib.

Bundan əlavə prezident Slavyansk əhalisinə humanitar yardımın verilməsi barədə tapşırıqlar verib. Onun sözlərinə görə, artıq təyyarə və avtomobillər yardımlarla doldurularaq yola düşüblər.

Qeyd edək ki, şənbə günü Slavyansk şəhərinin Ukrayna qüvvələri tərəfindən geri qaytarılması barədə məlumat yayılıb. Hazırda şəhərdə Ukrayna zirehli texnikaları yerləşdirilib. Şəhərin idarəetmə binasında Ukrayna bayrağı dalğalanır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm